Haqqımızda Reklam
09 
Nybr
2025
14:46
19
9
2991

Məktəbdən kənar repetitorluq və şagirdlər üçün ödənişli kursların keçirilməsi üçün icazə tələb olunacaq

Yeni qanuna əsasən, müəllimlər artıq məktəbdən kənarda şagirdləri direktorun razılığı olmadan hazırlaya bilməyəcəklər. 24News.ge xəbər verir ki, sözügedən qayda noyabrın 1-dən etibarən “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna edilən dəyişikliklər çərçivəsində qüvvəyə minib. Qeyd olunur ki, dövlət məktəbinin müəllimi eyni zamanda özəl məktəbdə də işləyə bilər, lakin bunun üçün öz məktəbinin direktorunun razılığı tələb olunur. Həmçinin, yeni bir məqam da əlavə edilib: əvvəllər repetitorluq (əlavə hazırlıq) nə icazə verilən, nə də qadağan edilən fəaliyyət idi; indi isə qanunda qeyd olunub ki, istənilən digər ödənişli fəaliyyət rəhbərliklə yazılı şəkildə razılaşdırılmalıdır və buna görə də repetitorluq da bu razılığı tələb edir. Qanunun pozulması halında dövlət qulluqçusu işdən azad ediləcək və iki il müddətinə dövlət sektorunda işləmək hüququndan məhrum olacaq. Bundan əlavə, o, aldığı əlavə əməkhaqqını geri qaytarmaqla da öhdəlikli olacaq. Hüquqşünaslar qanunu şərh edərkən bildirirlər ki, bunun necə nəzarətdə saxlanılacağı aydın deyil, amma qanun müəllimlərə əlavə təzyiq vasitəsi kimi istifadə oluna bilər.

www.24news.ge