Haqqımızda Reklam
09 
Nybr
2025
15:43
23
0
2307

1 894 925 lari qanunsuz gəlir əldə edən Stepanian saxlanılıb

Prokurorluq “Kristal Group” şirkətinin sahibi Vladimer Stepaniana qarşı qanunsuz sahibkarlıq fəaliyyəti və qanunsuz gəlirin leqallaşdırılması faktları ilə bağlı cinayət işi açıb. 24News.ge xəbər verir ki, Prokurorluqdan verilən məlumata görə, istintaq zamanı müəyyən edilib ki, Stepanian “Bakuriani Biznes Qrupu” MMC-nin gündəlik fəaliyyətinə rəhbərlik edərək Bakurianidə otel tipli yaşayış komplekslərini qanunsuz tikib və mərhələli şəkildə satıb. Bu yolla şirkət 1 894 925 lari gəlir əldə edib. Təqsirləndirilən şəxs əldə olunan pulu bir hissəsini şirkətin bank hesablarına, bir hissəsini isə şəxsi mülkiyyətinə keçirib, daha sonra isə öz və əlaqəli şəxslərin adına daşınmaz və hərəkətli əmlak alıb. Stepaniana Cinayət Məcəlləsinin 192-ci və 194-cü maddələri ilə ittiham irəli sürülüb. Sözügedən maddələr 12 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

www.24news.ge