Haqqımızda Reklam
15 
Yan
2026
09:54
14
7
398

ABŞ-ın Qrenlandiya planı və nazirlərin ani çıxışı: Ağ Evdə nələr baş verir?

Ağ Evdə ABŞ-nin vitse-prezidenti Cey Di Vens və dövlət katibi Marko Rubio ilə Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen və Qrenlandiyanın xarici işlər naziri Vivian Motsfeldt arasında görüş keçirilib. 24News.ge xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Bildirilir ki, Danimarka və Qrenlandiyanın xarici işlər nazirləri Ağ Evdəki danışıqları görüşün başlanğıcından 1 saat keçməmiş tərk ediblər. Xatırladaq ki, bir müddət öncə ABŞ Prezidenti Donald Tramp milli təhlükəsizliyi təmin etmək üçün Vaşinqtonun Qrenlandiya adasını ələ keçirmək planları barədə bəyanat vermişdi. Ekspertlərin fikirincə, Qrenlandiya üçün ABŞ ilə münaqişədən mümkün "çıxış yolu" ABŞ Prezidenti Donald Trampla "Ukrayna nümunəsi" üzrə faydalı qazıntıların çıxarılması ilə bağlı müqavilə ola bilər ki, bu müqavilə çərçivəsində ABŞ təhlükəsizlik zəmanətləri müqabilində adanın nadir torpaq elementlərinə çıxış əldə edəcək.

www.24news.ge