Haqqımızda Reklam
15 
Yan
2026
19:56
43
11
1301

KİV: Səudiyyə Ərəbistanı, Qətər və Oman Trampı İrana hücumdan çəkindirib

Səudiyyə Ərəbistanı, Qətər və Oman ABŞ Prezidenti Donald Trampı İrana hava zərbəsi endirməməyə inandıra biliblər. 24News.ge xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının rəsmi mənbələrindən biri məlumat verib. Onun sözlərinə görə, Fars Körfəzi ölkələrinin üçlüyü prezident Trampı İrana yaxşı niyyət göstərmək imkanı yaratmağa təşviq etmək üçün “uzun və son dəqiqə diplomatik səylər” göstərib. Rəsmi şəxs bildirib ki, bu səylər bölgədə nəzarətsiz vəziyyətin qarşısını almağa yönəlib: “Vaşinqtona bildirdik ki, İrana hücum bölgədə ciddi nəticələr doğura bilər. Bu, bölgədə əlavə fəlakətlərin qarşısını almaq üçün keçirdiyimiz yuxusuz gecələr idi. Əldə edilmiş etimad və mövcud yaxşı ruh halını möhkəmləndirmək üçün kommunikasiya hələ də davam edir,” – deyə mənbə əlavə edib. Qeyd edək ki, paralel olaraq, Qətərdə yerləşən ABŞ-ın Əl-Udeyd hava bazasında təhlükəsizlik səviyyəsi 14 yanvar tarixində qüvvəyə minmiş gücləndirilmiş təhlükə siqnalından sonra azaldılıb. Mənbələr bildirir ki, Əl-Udeyddən çıxarılan ABŞ təyyarələri tədricən bazaya geri qayıdır. Məlumat üçün bildirək ki, ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlasa, İran nəinki İsrailə, həm də Yaxın Şərqdəki ABŞ hərbi bazalarına raket zərbələri endirəcəyini açıqlayıb. Hazırda ABŞ-ın Yaxın Şərqdə 11 müsəlman ölkədə 50-yə yaxın hərbi bazası və təxminən 60 min amerikalı hərbçisinin xidmət göstərdiyi bildirilir.

www.24news.ge