Haqqımızda Reklam
16 
Fev
2026
21:11
13
6
614

Qardabanidə Oğuz Liqası 2 beynəlxalq döyüş gecəsi keçirilib (VİDEO)

Qardabanidə Beynəlxalq Oğuz Liqası çərçivəsində 2 döyüş gecəsi keçirilib. 24News.ge xəbər verir ki, yarış Nicat Əliyev və İbrahim Məmmədovun təşkilatçılığı ilə baş tutub. Kosalı kəndində keçirilən gecədə Azərbaycan, Türkiyə və Gürcüstandan olan bir sıra idmançılar iştirak ediblər. Boks, MMA və kikboksinq üzrə ümumilikdə 12 qarşılaşma keçirilib. Gecənin ən böyük döyüşlərindən biri isə WFMC üzrə Dünya kəməri uğrunda ikiqat dünya çempionu Kənan Bayramov ilə Tariel Arganaşvili arasında baş tutub. Qarşılaşma Bayramovun qələbəsi ilə yekunlaşıb. Mövzu ilə bağlı daha ətraflı xəbər portalımızın əməkdaşlarının hazırladığı reportajı təqdim edirik:

www.24news.ge