Haqqımızda Reklam
17 
Fev
2026
09:21
6
3
172

İranın XİN rəhbəri və Rafael Qrossi ABŞ ilə nüvə danışıqlarını müzakirə ediblər

Cenevrədə səfərdə olan İranın xarici işlər naziri Abbas Əraqçi ilə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) direktoru Rafael Qrossi arasında görüş baş tutub. 24News.ge xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin "X"dəki hesabında məlumat yayılıb. Görüşdə İran-AEBA əməkdaşlığı müzakirə olunub. Bununla yanaşı, Abbas Əraqçi ABŞ ilə nüvə danışıqlarında İranın mövqeyi barədə Rafael Qrossini məlumatlandırıb. Bu arada, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani bildirib ki, ABŞ İrana qarşı güc tətbiq edərsə, Tehran güclə cavab verəcək və Birləşmiş Ştatların bazalarını hədəf alacaq: "Əgər amerikalılar bizə qarşı güc tətbiq etsələr, qarşılığında cavab alacaqlar. İslam Respublikası tam hazırdır, ancaq biz müharibə axtarmırıq və bizə qarşı müharibə tətbiq olunarsa, biz cavab verəcəyik. Əgər amerikalılar İrana hücum etsələr, biz onların bazalarına zərbə endirəcəyik. Lakin keçmiş təcrübəyə əsaslanaraq, qarşı tərəfin yenidən müharibə axtardığına şübhə edirəm", - deyə o bildirib.

www.24news.ge