Haqqımızda Reklam
17 
Fev
2026
19:02
33
4
1592

19 fevral — Ramazan ayının birinci günüdür

Bu il Ramazan ayı miladi təqvimlə 19 fevral tarixinə təsadüf edir. 24News.ge xəbər verir ki, bu barədə ali məqamlı mərcəyi-təqlidlərin nəzarətində olan istihlal mərkəzləri və rəsədxanalar məlumat yayıb. Beləliklə, 19 fevral Ramazan ayının birinci günüdür. 18 fevral isə niyyət axşamı hesab olunur. Sübh azanınadək mübarək Ramazan ayının orucuna niyyət etmək lazımdır. Orucun niyyətini dillə deməyə, hətta qəlbdən keçirməyə ehtiyac yoxdur. İnsan sadəcə oruc tutacağına qərar versə, bu kifayət edir. Müqəddəs Qurani-Kərimdə oruc barədə belə buyurulur: “Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, bunun vasitəsilə pis əməllərdən çəkinəsiniz!” (Bəqərə, 183).

www.24news.ge