Haqqımızda Reklam
03 
Mar
2026
19:41
21
15
5355

Qızılhacılı kəndində gənc oğlan güllələnib

Martın 2-də gecə saatlarında Marneuli bələdiyyəsinin Qızılhacılı kəndində güllələnmə hadisəsi baş verib. 24News.ge xəbər portalına daxil olan məlumata əsasən, hadisə zamanı 23 yaşlarında Qızılhacılı sakini güllələnib. Məlumata görə, yaralı xəstəxanaya çatdırılıb və həyatı üçün təhlükə yoxdur. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Daxili İşlər Nazirliyindən xəbər portalımızın sorğusuna cavab olaraq bildirib ki, faktla bağlı Cinayət Məcəlləsinin 19-108-ci (adam öldürməyə cəhd) və 236-cı (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb. Nazirlikdən bildirilib ki, hazırda cinayəti törədən şəxsin axtarışları davam etdirilir.

www.24news.ge