Haqqımızda Reklam
04 
Mar
2026
12:25
15
2
1292

Marneulidə Rusiya vətəndaşı saxlanılıb (VİDEO)

Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon İdarəsinin əməkdaşları külli miqdarda narkotik vasitənin qanunsuz əldə edilməsi və saxlanılmasında şübhəli bilinən Rusiya vətəndaşı, 1963-cü il təvəllüdlü V.İ adlı şəxsi saxlayıblar. 24News.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Polis tərəfindən təqsirləndirilən şəxsin müvəqqəti yaşadığı evdə və yardımçı tikililərdə aparılan axtarış zamanı “buprenorfin” və “qurudulmuş marixuana” maddi sübut kimi götürülüb. Faktla bağlı Cinayət Məcəlləsinin 260-cı maddəsinin 3-cü hissəsi ilə istintaq aparılır. Sözügedən maddə 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

www.24news.ge