Haqqımızda Reklam
09 
Mar
2026
15:21
52
11
5928

Marneuli meriyasında saxlanılan şəxsin kimliyi məlum olub

Marneuli bələdiyyəsində külli miqdarda dələduzluğa cəhd faktı ilə bağlı meriyanın inzibati xidmətinin əməkdaşı Rima Otaraşvili və digər bir vətəndaş cinayət məsuliyyətinə cəlb olunub. 24News.ge xəbər verir ki, məlumatı Dövlət Təhlükəsizlik Xidməti yayıb. Məlumata görə, şübhəli şəxs Marneuli bələdiyyəsində yerləşən 20 000 kvadratmetr torpaq sahəsini bir neçə hissəyə bölmək və ayırmaq işinin meriyada müsbət həll olunacağı vədi ilə vətəndaşdan 60 000 ABŞ dolları tələb edib. O, bu məbləğin 5 000 ABŞ dollarını əvvəlcədən alıb. Faktla bağlı istintaq Cinayət Məcəlləsinin 19-cu maddəsi, 180-ci maddənin 2-ci hissəsinin “a” bəndi və 3-cü hissəsinin “b” bəndi ilə aparılır. Qeyd olunan maddələr üzrə 6 ildən 9 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

www.24news.ge