Haqqımızda Reklam
08 
Apr
2026
13:40
15
4
963

Tbilisidə bıçaqlanma hadisəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanılıb (VİDEO)

Tbilisidə bıçaqlanma hadisəsi ilə bağlı 1991-ci il təvəllüdlü N.A adlı Azərbaycan vətəndaşı saxlanılıb. 24News.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. İstintaq zamanı müəyyən edilib ki, qarşılıqlı mübahisə zəminində Tbilisidə xarici ölkə vətəndaşı, 1997-ci il təvəllüdlü İ.M, təqsirləndirilən şəxs tərəfindən soyuq silahla xəsarət yetirilib və hadisə yerindən qaçıb. Əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində hüquq-mühafizə orqanları təqsirləndirilən şəxsi cinayəti törətdikdən qısa müddət sonra saxlayıblar. İstintaq Cinayət Məcəlləsinin 19-108-ci maddəsi üzrə aparılır və bu maddə 15 ilə qədər azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur.

www.24news.ge