Haqqımızda Reklam
12 
Apr
2026
09:00
5
11
709

ABŞ və İran arasında danışıqların üçüncü raundu başa çatdı

İran və ABŞ nümayəndə heyətləri arasında Pakistan vasitəçilərinin iştirakı ilə İslamabadda keçirilən danışıqların üçüncü raundu başa çatıb. 24News.ge xəbər verir ki, bu barədə İranın dövlət teleradio şirkəti məlumat yayıb. Qeyd olunub ki, tərəflər qaldırılan məsələlərin yekunları üzrə yazılı protokollar mübadiləsi aparırlar. "Görüşlər 14 saatdan sonra başa çatıb. Mövcud fikir ayrılıqlarına baxmayaraq, danışıqlar davam etdiriləcək", - məlumatda deyilir. Qeyd edək ki, Pakistan danışıqlarda vasitəçi rolunu oynayır. ABŞ nümayəndə heyətinə vitse-prezident J.D. Vance rəhbərlik edir və onun tərkibinə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşner daxildir. Görüşdə Amerika tərəfindən Vensin baş məsləhətçiləri - Endryu Beyker (Milli Təhlükəsizlik Məsləhətçisi) və Maykl Vens (Asiya üzrə Xüsusi Məsləhətçi) də iştirak edir. İran nümayəndə heyətində isə ekspertlər, media və təhlükəsizlik nümayəndələri də daxil olmaqla 71 nəfər iştirak edir.

www.24news.ge