Haqqımızda Reklam
20 
May
2026
12:07
12
9
267

Putin və Si Cinpin strateji tərəfdaşlığın inkişafına dair birgə sənədlər imzalayıblar

Çin Xalq Respublikasının Sədri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putin Pekində hərtərəfli strateji koordinasiyanın daha da gücləndirilməsi, iki ölkə arasında qonşuluq münasibətlərinin dərinləşdirilməsi barədə birgə bəyanat imzalayıblar. 24News.ge xəbər verir ki, bu barədə "Xinhua" agentliyi məlumat yayıb. Onların iştirakı ilə həmçinin müxtəlif sahələrdə əməkdaşlığa dair 20 sənəd imzalanıb. Si Cinpin iki ölkə arasında ticarət dövriyyəsinin ardıcıl üçüncü ildir ki, 200 milyard dollar səviyyəsini keçdiyini bəyan edib. Rusiya və Çin arasında əmtəə dövriyyəsi yanvar-aprel aylarında təxminən 20 % artıb. Putin bildirib ki, Rusiya və Çin müstəqil xarici siyasət yürütməyə sadiqdirlər. Hər iki ölkə beynəlxalq arenada sabitləşdirici rol oynayır.

www.24news.ge