Haqqımızda Reklam
20 
May
2026
13:35
12
10
1864

Qarşıdakı günlərin hava proqnozu açıqlanıb...

Mayın 24-dək ölkə ərazisində qeyri sabit hava şəraiti hökm sürəcək. 24News.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb. Məlumatda bildirilir ki, qeyd olunan dövrdə ölkə ərazisində ara-bir yağış yağacağı, küləyin əsəcəyi və şimşək çaxacağı, bəzi yerlərə dolu düşəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətinin açıqlamasına əsasən, gözlənilən yağıntılar nəticəsində Gürcüstan çaylarında suyun səviyyəsinin əhəmiyyətli dərəcədə artması, kiçik çaylarda daşqınların baş verməsi, eləcə də ölkənin dağlıq və dağətəyi zonalarında torpaq sürüşmələrinin və sel hadisələrinin baş verməsi təhlükəsi mövcuddur. Mayın 24-dək havanın temperaturu gündüz +18, +21°, gecə isə +10, +12° təşkil edəcək.

www.24news.ge