Haqqımızda Reklam
12 
Iyn
2026
15:14
14
5
285

Türkiyədən yüksək səviyyəli nümayəndə heyəti Gürcüstan Müsəlmanları İdarəsində olub (FOTO)

Bu gün Türkiyədən olan yüksək səviyyəli nümayəndə heyəti Bütün Gürcüstan Müsəlmanları İdarəsinin mərkəzi ofisini ziyarət edib. Bu barədə 24News.ge xəbər portalına idarədən məlumat verilib. Məlumata əsasən, nümayəndə heyətinin tərkibində Türkiyə Prezidentinin baş müşavirləri doktor İsrafil Kışla və professor doktor Ekta Saraç, Türkiyə Diyanət İşləri Başkanlığının sədr müavini doktor hafiz Osman Şahin, Türkiyə İlahiyyat Təhsili Dəstək Dərnəkləri Federasiyasının (TİDEF) prezidenti Mustafa Yelek, eləcə də iş adamları Orhun Feker, Cengiz Kaya və Bülent Oğuz yer alıblar. Qonaqları Bütün Gürcüstan Müsəlmanları İdarəsinin icraçı direktoru Resan Qoqitidze qarşılayıb. O, nümayəndə heyətinə ziyarətə görə təşəkkürünü bildirib, xarici səfərdə olan dini liderlərin səmimi salamlarını çatdırıb və idarənin fəaliyyəti barədə ətraflı məlumat verib. Görüş zamanı qonaqlar göstərilən qonaqpərvərliyə görə minnətdarlıqlarını ifadə edib, Bütün Gürcüstan Müsəlmanları İdarəsinin fəaliyyətini yüksək qiymətləndiriblər. Həmçinin tərəflər gələcəkdə qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıblar. Görüşdə Bütün Gürcüstan Müsəlmanları İdarəsinin administrasiya katibi Oktay İsayev, Qərbi Gürcüstan müftisinin nümayəndəsi Yaqo Beridze, Şərqi Gürcüstan müftisinin nümayəndəsi Adil Nəbiyev, şeyxin nümayəndəsi Əli Nəğıyev, imam Zviad Vanadze, Türkiyə Səfirliyinin dini məsələlər üzrə müşaviri Mahmud Göl və səfirliyin digər nümayəndələri də iştirak ediblər.

www.24news.ge