Haqqımızda Reklam
14 
Avq
2026
13:41
6
1
289

Baş nazir Azərbaycanın Gürcüstandakı səfiri ilə görüşüb (FOTO)

Baş nazir İrakli Kobaxidze Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyevlə görüşüb. 24News.ge xəbər verir ki, bu barədə Gürcüstan hökumət administrasiyası məlumat yayıb. Görüş zamanı iki ölkə arasında mövcud strateji tərəfdaşlığın yüksək səviyyəsi vurğulanıb. Tərəflər Gürcüstan və Azərbaycan arasında əməkdaşlığın daha da dərinləşdirilməsi perspektivlərini müzakirə ediblər. Bu kontekstdə Baş nazirin Azərbaycana rəsmi səfəri zamanı imzalanan razılaşmaların strateji əhəmiyyəti xüsusi qeyd olunub.

www.24news.ge