Haqqımızda Reklam
24 
Nybr
2026
17:13
2
1
165

Marneulidə ənənəvi “Şotaoba” qeyd olunub (VİDEO)

Bu gün Marneuli Kitabxanasının qarşısında ənənəvi “Şotaoba” tədbiri çərçivəsində tanınmış gürcü şairi Şota Rustavelinin heykəli ziyarət olunub, abidə önünə gül dəstələri qoyulub. 24News.ge xəbər verir ki, tədbirdə Marneuli meri Daur İsmayılov, Sakrebulo sədri Amiran Qiorqadze, mer və bələdiyyə sədrinin müavinləri, eləcə də digər yerli özünüidarəetmə nümayəndələri iştirak ediblər. Jurnalistlərə açıqlamasında mer Daur İsmayılov bildirib ki, hər il ənənəvi olaraq Şota Rustavelinin xatirəsinin yad edilməsi mədəniyyətə göstərilən diqqət və qayğının ifadəsidir. Qeyd edək ki, bu gün Marneuli Meriyasının akt zalında 1 saylı ictimai məktəbin şagirdləri tərəfindən də Şota Rustavelinin əsərlərinə həsr olunmuş tamaşa təqdim edilib. Mövzu ilə bağlı daha ətraflı əməkdaşlarımızın hazırladığı reportajı təqdim edirik:

www.24news.ge