Haqqımızda Reklam
08 
Okt
2019
18:00
0
1
458

Baş nazirdən sərt sözlər: "Seçkilərə hazırlaşıram, dünən hazırlaşırdım, sabah da hazırlaşacağam"

"Bu gün seçkilərə hazırlaşdığımı nəzərə alın, dünən də hazırlaşmışam, sabah da hazırlaşacağam". 24News.ge xəbər verir ki, bu sözləri baş nazir Giorgi Qaxaria jurnalistin Vano Zardiaşvilinin deputatlıq mandatından istefası "Gürcü Arzusu"nun 2020-ci il seçkilərinə hazırlıqlara başlaması deməkdirmi sualını cavablandırarkən vurğulayıb. "Bir dəfə demişəm və yenə də təkrarlayacağam, seçkilərdə qalib gəldikdən sonra növbəti seçkinin hazırlıqlarına başlayacaqığ. Bu mənim prinsipimdir. Bu prinsipə uyğun olaraq işlədim və bundan sonra da belə davam edəcəm. Hesab edin ki, bu gün seçkilərə hazırlaşıram, dünəndə hazırlaşmışam və sabah da hazırlaşacağam",-deyə hökümət başçısı qeyd edib Xatırladaq ki, Vano Zardiaşvili deputat mandatından imtina edərək parlamenti tərk edib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989