Haqqımızda Reklam
09 
Okt
2019
16:57
14
0
1331

Marneulidən Kərbəlaya çox sayda zəvvar yola düşüb (FOTO)

Dünyanın müxtəlif yerlərindən milyonlarla müsəlman bu həftə İraqın Kərbəla şəhərində Ərbəin ziyarətinə qatılacaq. Sözü gedən izdihamlı ziyarət üçün Gürcüstandaki müsəlmanlarda artıq yola düşüblər. 24News.ge xəbər verir ki, Ümüm Gürcüstan Müsəlmanları Ali Dini İdarəsi (ÜGMADİ) və İmam Əli (ə) adına xeyriyyə fondunun təşkilatçılığı ilə aralarında kişi və qadınında olduğu Əhli-Beyt (ə) sevərlər 9 oktyabr tarixində Marneulidə yerləşən İmam Əli (ə) məscidinin önündən səfərə çıxıblar. Marneulidən İraqın Kərbəla şəhərinə yola düşməmişdən əvvəl müsəlmanlar məsciddə zöhr və əsr namazı qılıb və İmam Cümə Hacı Hacıyevin Kərbəla haqqında xütbəsini və ziyarət çərçivəsində ediləcək və görüləcək əməllər eləcədə tövsiyyələrini dinləyiblər. Qeyd edək ki, Gürcüstandan İraqa zəvvarlar avtobusla yola düşblər. Zəvvarlar ilk olaraq İranın müqəddəs Qum şəhərinidəki yerləri ziyarət edəcəklər: "Daha sonra İrandan İraqa keçərək Nəcəf şəhərini və Kərbəlanı ziyarət edəcəklər. Səfər zamanı Samirə şəhər və digər müqəddəs məkanlarında ziyarət olunması planlaşdırılır". Onuda qeyd edək ki, ötən gündə Marneulidən Kərbəlaya bir qrup yola çıxıb başqa bir qrup isə axşam saatlarında səfər edəcək. Məlumat üçün bildirək ki, Ərbəin ziyarəti 14-15 gün çəkəcək.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989