Haqqımızda Reklam
09 
Okt
2019
19:16
3
2
431

Gürcüstan-Azərbaycan sərhədlərinin razılaşdırılmamış ərazilərinə ekspertlərin baxışı başa çatıb

Gürcüstan və Azərbaycanın dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə birgə komissiyasının ekspertləri öz işini tamamlayıb. 24News.ge-nin xəbərinə görə, bu barədə komissiyanın Gürcüstan tərəfdən həmsədri, Gürcüstan Xarici İşlər nazirinin müavini Laşa Darsalia məlumat verib. O bildirib ki, yaxın gələcəkdə danışıqların növbəti raundu keçiriləcək. “Ekspert qruplarının Gürcüstan-Azərbaycan sərhədlərinin razılaşdırılmamış ərazilərində baxışı başa çatıb. Bunun əsasında yaxın vaxtlarda komissiyanın iclası keçirilməlidir. Bu məsələ olduqca çətindir. Ümid edirik ki, azərbaycanlı həmkarlarımızla tərəfdaşlıq ruhunda məsələyə çıxış yolu tapacağıq”, - deyə L. Darsalia bildirib. Qeyd edək ki, Gürcüstan və Azərbaycan dövlət sərhədinin demilitasiya və demarkasiya komissiyasının ekspertlərinin ilk görüşü 19-23 avqust tarixlərində baş tutub. Ekspertlərin ikinci görüşü isə sentyabrın 23-də başlayıb.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989