Haqqımızda Reklam
10 
Okt
2019
10:56
3
0
645

Giorgi Qaxaria: “Azərbaycan və Gürcüstan güclü iqtisadi tərəfdaşdırlar”

“Azərbaycan və Gürcüstan güclü iqtisadi tərəfdaşdırlar”. 24News.ge xəbər verir ki, bunu baş nazir Giorgi Qaxaria hökumətin iclasında bildirib. O deyib ki, iki ölkənin enerji, nəqliyyat və digər sahələrdə əməkdaşlığı beynəlxalq əhəmiyyət kəsb edir. G.Qaxaria qeyd edib ki, Azərbayacana rəsmi səfəri çərçivəsində ticarət, nəqliyyat, qarşılıqlı investisiyalar və digər əhəmiyyətli sahələr üzrə əməkdaşlıq məsələləri müzakirə olunub: “Əməkdaşlıq effektiv, məhsuldar olmalı və ölkələrimizin maraqlarına əsaslanmalıdır. Regionda baş verən hadisələr fonunda iki ölkə arasında effektiv əməkdaşlıq sülh, sabitlik və təhlükəsizliyin təmin olunması baxımından müstəsnə əhəmiyyət kəsb edir”.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989