Haqqımızda Reklam
10 
Okt
2019
12:04
4
3
2168

Marneulidə sahibsiz küçə itləri yaşlı qadını PARÇALAYIB (FOTO/VİDEO)

Marneuli şəhər sakini 64 yaşlı Minə Şərifova səhər saatlarında evindən çıxarkən sahibsiz küçə itlərinin hücumuna məruz qalıb. 24News.ge'nin xəbərinə görə, hadisə Marneuli rayonunun Abdulla Şaiq küçəsində baş verib. Marneuli sakini 64 yaşlı Minə Şərifova səhər evindən çıxarkən 5 iri küçə itinin hücumuna məruz qalıb və nəticədə bədən nahiyyələrinin müxtəlif yerlərindən ağır dişlək xəsarəti alıb. Marneulidə küçə itlərinin hücumuna məruz qalan Minə Şərifovanın bacısı Ülkər Məmmədova bildirib ki, küçə itləri bacımın üzərinə hücum edib və hazırda onun vəziyyətı yaxşı deyil: "Bacımın vəziyyəti pisdir. Küçə itləri onun əllərini və qollarını dişləyib. Hələ ki, hökumət tərəfindən heç bir köməklik göstərilməyib. Fəqət, iki nəfər gənc oğlan gəlib baş çəkdi və dedi ki, bacınızın xəstəxanada yatdığı müddətdə biz xərcləri ödəyəcəyik”. Aversi klinikasının həkimi Tengiz Çikaberidze 24News.ge’yə açıqlamasında qeyd edib ki, 54 yaşlı Minə Şərifova 7 oktyabr tarixində təqribən səhər saat 07:00 radələrində bədənində müxtəlif yaralarla bizə müraciət edib: “M.Şərifovanın sözlərinə görə, sahibsiz küçə itləri ona qarşı hücum edib. Təqribi olaraq bədənin 30-35-dək yerində dişlək izlər vardı, Bizə müraciət etdiyi zaman onun təcili əməliyyat olunması gərək idi. Hal-hazırda xəstənin vəziyyəti qənaətbəxşidir. Xəstəyə müxtəlif tibbi yardım edildi və bu gün evə buraxılmalıdır”. “Əməliyyat xəstənin sağlamlıq sığortası əsasında həyata keçirilib. Müəyyən ölçülər götürülməlidir. İnsanların səhər saat 7-də bu cür təhlükəylə üzləşməsi, xüsusən də qadının üzərinə 5 itin hücumu çox ciddi bir problemdir və yerli özünüidaretmə orqanları müvafiq ölçülər götürməlidirlər”,-deyə həkim vurğulayıb Qeyd edək ki, Marneuli rayonunun bir çox yerlərində xüsusən də mərkəzində sahibsiz küçə itlərini görmək mümkündür.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989