Haqqımızda Reklam
14 
Okt
2019
21:30
18
1
4128

Marneulidə qaraciyər serrozundan əziyyət çəkən üç uşaq anası kömək istəyir (VİDEO)

Marneuli rayonunun Qızılhacılı kənd sakini 40 yaşlı Səkinə Mustafayevanın elə yaşı qədər də dərdi var. Qardaşının sözlərinə görə, bacısı Səkinə Mustafayeva qaraciyər serrozundan əziyyət çəkir. Bir neçə müddət öncə həkimlər təcili olaraq Səkinəyə qaraciyər köçürülməsinin zəruri olduğunu deyiblər. Səkinə isə gündən-günə vəziyyətin daha da ağırlaşdığını deyir. 24News.ge-nin məlumatına görə, Səkinənin sağalması üçün isə nə az, nə çox, 215 min lari və ya 73 min dollara pula ehtiyac var. Əslən Marneuli rayonunun Qızılhacılı kəndindən olan Səkinə Mustafayeva və yaxınları üzünü bütün yardım sevər insanlara tutaraq kömək istəyirlər. Səkinə Mustafayevaya kömək etmək istəyən şəxslər videoda göstərilən bank hesabına pul köçürə və ya göstərilən nömrə ilə əlaqə saxlaya bilərlər. Bank hesabı: Masma Mustapaeva - GE64BG0000000690308500 Əlaqə nömrəsi: +995 558371362

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989