Haqqımızda Reklam
16 
Okt
2019
11:41
5
5
2849

Marneulidə daha bir qanlı hadisə

15 oktyabr tarixində günün ikinci yarısında Marneulidə bıçaqlanma hadisəsi olub. 24News.ge-nin xəbərinə görə, qanlı hadisə Marneuli bazarı yaxınlığında baş verib. Əldə olunan məlumata görə, xoşa gəlməz hadisə zamanı bir nəfər orta yaşlı bicaqlanıb. Zərərçəkən dərhal Marneulidəki xəstəxanalardan birinə yerləşdirilib və müvafiq müalicə tətbiq olunub. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Cinayət Məcəlləsinin 117-ci maddəsinə əsasən, istintaq başlayıb. Sözü gedən maddə, "bədənə ağır dərəcədə zərər vurma" olduğu öyrənilib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989