Haqqımızda Reklam
16 
Okt
2019
14:49
5
2
1724

Gürcüstanlıların Kərbəlada açdıqları ehsan süfrəsi görənləri özünə heyran etdi - EXCLUSİV (FOTO)

Ümum Gürcüstan Müsəlmanları Ali Dini İdarəsi (ÜGMADİ) və İmam Əli (ə) Xeyriyyə Fondu və xeyirsevər insanların maddi dəstəyi ilə İraqın Kərbəla şəhərində hər il keçirilən "Ərbəin" ziyarəti çərçivəsində ehsan verilib. 24News.ge xəbər verir ki, Kərbəla şəhərinə hər il keçirilən "Ərbəin" ziyarəti çərçivəsində bu il Gürcüstan bölməsidə açılaraq, İmam Hüseyn (ə) zəvvarlarına təmtərahli ehsan paylanılıb. Bildirilib ki, "Ərbəin" karvanı, Nəcəf-Kərbəla yolunda yerləşən 515-ci dirəkdə Gürcüstan bölməsi açılıb və burada İmam Hüseyn (ə) zəvvarlarına toyuq kababı, fətir və su ehsanı paylanılıb. Gürcüstanlıların Kərbəlada açdığı ehsan süfəri böyük maraq və izdihamla qarşılanıb. Eləcədə qeyd olunub ki, hər günə 300 kiloya yaxın toyuq ətinin kababı ehsan olunur. Qeyd edək ki, ÜGMADİ və İmam Əli (ə) Xeyriyyə Fondu ötən ildə Kərbəlada ehsan paylayıb.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989