Haqqımızda Reklam
16 
Okt
2019
20:04
0
0
877

Rusiyadan Gürcüstana məhdud uçuş icazəsi

Rusiya Federal Aviasiya Agentliyi (Rosaviasiya) 8 iyul tarixindən etibarən qadağan edilmiş Gürcüstana uçuşlara qismən icazə verdi. 24News.ge xəbər verir ki, bu barədə Rosaviasiyanın rəsmi saytında məlumat yayılıb. Məlumatda bildirilib ki, Rusiyanın Sibir (S7) aviaşirkətinə Gürcüstanın ikinci böyük şəhəri Kutaisiyə uçuş gerçəkləştirməsi üçün qismən icazə verilib. S7-dən verilən açıqlamada bildirilir ki, icazə veriləsədə bu uçuşların dərhal başlaması anlamına gəlmir. Qeyd edək ki, carı ilin iyul ayının 8-də Rusiya dövlət başçısı Vladimir Putin Gürcüstana uçuşları müvəqqəti olaraq dayandırılması üçün sərəncam imzalayıb.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989