Haqqımızda Reklam
08 
Nybr
2019
07:55
4
2
1045

Marneulidə polis qızıl oğurlanması faktı ilə iki nəfəri saxlayıb (FOTO-VİDEO)

Noyabrın 7-si saat 13:00 radələrində Marneulidə polis oğurluq faktı üzrə iki nəfəri saxlayıb. 24News.ge xəbər verir ki, Marneuli rayonunun mərkəzində Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları, axtarış əməliyyat tədbirləri həyata keçiriblər. Həyata keçirilən əməliyyat nəticəsində rayonun mərkəzində Ermənistan dövlət nişanlı Opel markalı avtomobil saxlanılıb və ona baxış keçirilib. Sözügedən avtomobilə baxış zamanı avtomobildən dəyərli əşyalar dəlil olaraq götürülüb. DİN əməkdaşları həmçinin baxış zamanı iki nəfəri oğurluqda ittiham edərək gözaltına alıb. İstintaq Cinayət Məcəlləsinin 177-ci maddəsi üzrə aparılır.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989