Haqqımızda Reklam
08 
Nybr
2019
18:20
1
0
464

Salome Zurabişvili fond yaradıb

Gürcüstan prezidenti Salome Zurabişvili fond təsis edib. 24News.ge xəbər verir ki, “Salome Zurabişvilinin Fondu” adlanan təşkilatın Tbilisidə təqdimatı keçirilib. Mərasimdə çıxış edən dövlət başçısı fondun idarə olunmasında iştirak etməyəcəyini deyib. O, yalnız təşkilatın fəxri təsisçisi olacağını bildirib. S.Zurabişvili qeyd edib ki, fond Gürcüstan üçün ictimai əhəmiyyət kəsb edən məsələlərin həllini dəstəkləyəcək. Yeni təşkilatın strateji fəaliyyət istiqamətlərinə Uşaq Xərçəngi Mərkəzinin gücləndirilməsi, regional inkişafın təşviqi, Gürcüstan mədəniyyətinin təbliği, ətraf mühit və biomüxtəlifliyin qorunması daxildir. Fondun bu istiqamətlər üzrə fəaliyyətinin həyata keçirilməsi üçün mövcud və potensial tərəfdaşların dəstəyi cəlb ediləcək.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989