Haqqımızda Reklam
08 
Nybr
2019
18:24
0
2
635

Milyarderlərin sərvəti 8,5 trilyon azaldı

Dünyadakı milyarderlərin sərvəti 2018-ci ildə 8,5 trilyon dollar azalıb. 24News.ge xarici medialara istinadla xəbər verir ki, bu məlumatı İsveçrənin UBS bankı yayıb. Məlumata görə, azalmaya səbəb güclü dollar və fond bazarlarındakı volatillik olub. Keçən 5 il ərzində dünyadakı qadın milyarderlərin sayının 46% artdığı bildirilib. UBS-in top menecerlərindən biri olan Cozef Stadler 5 illik milyarder bumundan sonra hazırda korreksiyanın yaşandığını vurğulayıb: “Daha güclü dollar fond bazarlarındakı böyük qeyri-müəyyənliklə birləşərək, sərt geosiyasi mühitdə bu geriləmə üçün şərait yaradıb. Bununla belə aydındır ki, milyarderlərin biznesi çiçəklənməyə davam edir”.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989