Haqqımızda Reklam
08 
Nybr
2019
19:44
9
2
1927

Tbilisidə vəziyyət gərginləşir - Xüsusi təyinatlılar cəlb edildi (FOTO)

Gürcüstanın paytaxtı Tbilisi şəhərində yerləşən “Amirani” kinoteatrı yaxınlığında polis əməkdaşları və radikal millətçi qruplaşmalar arasında qarşıdurma baş verib. Qarşıdurmaya səbəb kinoteatrda LGBT mövzusunda çəkilən “Və biz rəqs etdik” (“And Then We Danced”) filminin premyerasıdır. 24News.ge xəbər verir ki, paytaxt Tbilisinin "Amirani" kinoteatrının qarşısında vəziyyət gərgindir. Bir qrup radikal birləşmə üzvləri kinoteatrda yayımlanan "Və biz rəqs etdik" filminin yanının dayandırılmasını tələb edirlər. Hadisə yerinə çox sayda xüsusi təyinatlı polis qüvvələri cəlb edilib. Yerli medianın məlumatına görə, aksiya iştirakçılarının atdıqları müxtəlif alışdırıcı maddələr 1 polis əməkdaşının yaralanmasını səbəb olub. Polisə ilkin tibbi yardım elə hadisə yerindəcə göstərilib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989