Haqqımızda Reklam
14 
Nybr
2019
07:59
2
0
311

Levan İzoria Milli Təhlükəsizlik Şurasına katib təyin olunub

Kəşfiyyat Xidmətinin rəhbəri Levan İzoria ölkənin Milli Təhlükəsizlik Şurasına katib təyin olunub. 24News.ge xəbər verir ki, bu barədə Şuranın baş nazir Giorgi Qaxarianın rəhbərliyi altında keçirilən ilk iclasında bildirilib. Toplantıda ölkənin üzləşdiyi təhlükələr və regionda baş verən proseslər müzakirə olunub. Kiber təhlükəsizlik, ərazi bütövlüyünə olan təhdidlər və işğal altında olan ərazilər məsələsinə xüsusi diqqət ayırılıb. Qeyd edək ki, L.İzoria 2016-cı ilin avqustundan 2019-cu ilin sentyabrın 3-nə qədər müdafiə naziri olub. O, bu ilin sentyabrında Kəşfiyyat Xidmətinə rəhbər təyin olunub.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989