Haqqımızda Reklam
14 
Nybr
2019
14:09
1
2
968

Arçil Talakvadze - "2020-ci il parlament seçkiləri proporsional və majoritar qaydada, 3%-lik bariyerlə keçiriləcək"

2020-ci ilin parlament seçkiləri qarışıq sistemlə (proporsional və majoritar olmaqla) və 3%-lik barier əsasında keçiriləcək. 24News.ge xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Arçil Talakvadze bildirib. Parlamentin sədri əlavə edib ki, 2020-ci il parlament seçkilərinin proporsional qaydada keçirilməsi üçün deputatların göstərdikləri dəstək yetərli olmayıb. "Baxmayaraq ki, çoxluğun (Gürcü Arzusu) deputatlarının mühüm hissəsi seçkilərin proporsional yolla keçirilməsinə səs verib təəssüf ki, bu layihənin qəbulu üçün kifayət etmədi və beləliklə qərar parlament tərəfindən qəbul edilmədi",-deyə, A.Talakvadze bildirib. Talakvadze əlavə edib ki, Bidzina İvanişvili hər iki qrup toplantısında deputatları qanun layihəsini dəstəkləməyə dəvət etsə də, yetərli dəstək gəlməyib. Qeyd edək ki, qanunlayihəsinin qəbul edilməsi üçün 113 deputatın dəstəyinə ehtiyac vardı ancaq layihəni dəstəkləyən deputatlar isə 101 nəfər olub.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989