Haqqımızda Reklam
14 
Nybr
2019
21:07
19
4
2858

Tbilisidə vəziyyət gərginləşir - Müxalifət cəbhəsindən qorxunc bəyanat (FOTO)

Bu gün parlament tərəfindən proporsional seçki sistemi ilə bağlı qanun layihəsinin qəbul edilməməsi müxalifət partiyaların və ölkə ictimaiyyətinin ciddi etirazına səbəb olub. 24News.ge xəbər verir ki, hal-hazırda paytaxt Tbilisinin mərkəzi Rustaveli prospektində minlərlə vətəndaş parlament binasının qarşısında etiraz aksiyası keçirir. Mövcud məlumata əsasən, bu gün müxalifət partiyalarının liderləri sərt bəyanatlar verərək, proporsional seçki sisteminin qəbul edilməməsində hakimiyyəti günahlandırıblar. Onlar tərəfdaşlarına bu qərara etiraz etmək üçün küçələrə çıxmalarını istəyiblər. Müxalifət nümayəndələri 17 noyabr tarixində daha böyük aksiyanın baş tutacağını bildiriblər. Qeyd edək ki, bu gün ölkə parlamentində proporsional seçki sisteminə keçidi nəzərdə tutan Konstitusiya dəyişiklikləri səs yetərsizliyindən qəbul olunmayıb. Qanun layihəsi tələb olunan 113 səsdən yalnız 101 səs toplayıb.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989