Haqqımızda Reklam
15 
Nybr
2019
08:20
15
1
1257

Mixeil Saakaşvili etirazçılara səslənib...

Eks prezident Mixeil Saakaşvili birləşmiş müxalifətin proporsional sistem üzrə növbədənkənar parlament seçkilərinin təyinatı haqqında tələbini alqışlayıb və böyük ümidlərinin olduğunu bildirib. 24News.ge xəbər verir ki, bu barədə o, "Pirveli" telekanalının birbaşa yayımında bildirib. "Şübhəsiz, mən müxalifətin tələbini alqışlayıram, mən bu prosesə fəal qoşulacam, Gürcüstanı xilas etmək lazımdır. Məndə heç vaxt olmadığı qədər ümid var! Biz hamımız dövlət quruluşunu və Gürcüstanın müstəqilliyini xilas etməliyik, ambisiyalarımızı təxirə salmalı və gürcü xalqını dəstəkləməliyik" , - deyə o, birbaşa yayımda qeyd edib. O, əlavə edib ki, aksiyanı ölkənin bütün regionlarına yaymağı və etirazları davam etdirməyi əhəmiyyətli hesab edir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989