Haqqımızda Reklam
15 
Nybr
2019
09:18
7
1
657

Tbilisidə bu gün aksiyalar davam edəcək - Açıqlama

Ötən gün proporsional seçki sistemi ilə bağlı qanun layihəsinin parlamentdə qəbul edilməməsinə etiraz edən vətəndaşlar aksiyaların davam edəcəyi ilə bağlı açıqlamalar veriblər. 24News.ge xəbər verir ki, gecəni parlement binası önündə çadırlarda keçirən etirazçılar aksiyaların bu gündə davam edəcəyini bildiriblər. "Utanc Verici" hərəkatının üzvü Mişa Mişviladze bu axşam saat 19:00-da Rustaveli prospektinə tərəf yürüşün olacağını bildirib. Onun sözlərinə görə, parlament binası önündə qurulan çadırlar tələblər yerinə yetirilməyənədək yığılmayacaq. Qeyd edək ki, etirazçılar ötən gün parlamentə təqdim olunan proporsional seçki sisteminin qəbul olunmamasına etiraz edirlər. Aksiya iştirakçılarının əsas tələbi, Gürcüstanda növbədənkənar parlament seçkilərinin keçirilməsidir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989