Haqqımızda Reklam
15 
Nybr
2019
10:02
6
0
883

Parlament binası önündə son vəziyyət (FOTO)

Hüquq mühavizə orqanları Parlamentə bitişik ərazini mühasirəyə alıblar. 24News.ge xəbər verir ki, Daxili İşlər Nazirliyinin Patrul Polis İdarəsinin rəisi Vaşa Siradze parlament binasının təhlükəsizliyini qorumaq üçün bina mühasirəyə alındığını bildirib. Ötəngünkü aksiyanın bir qrup iştirakçısı gecəni parlamentin binası qarşısında, Rustaveli prospektində qurulan çadırlarda keçirib. Çadırların ətrafında ocaqlar qalanıb etirazçılara yeməklər gətirilib. Mərkəzi prospekt avtomobillərin hərəkəti üçün bağlanıb. Polis əməkdaşları ərazidə ictimai asayişə nəzarət edirlər. Rustaveli prospekti Parlament binasının qarşısı bağlı qalmaqdadır. Avtomobillər Kaşheti kilsəsindən və Gənclər Sarayından Azadlıq meydanına doğru hərəkət edirlər. Qeyd edək ki, etirazçılar ötən gün parlamentə təqdim olunan proporsional seçki sisteminin qəbul olunmamasına etiraz edirlər. Aksiya iştirakçılarının əsas tələbi, Gürcüstanda növbədənkənar parlament seçkilərinin keçirilməsidir. Etirazçılar tələbləri yerinə yetirilməyənə qədər aksiyanı davam etdirəcəklərini bildiriblər.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989