Haqqımızda Reklam
21 
Nybr
2019
15:29
11
0
1085

Gənclər Bidzina İvanişvilinin evinə zibil qutusu aparmağa çalışıblar

Hakim "Gürcü Arzusu" partiyasının sədri Bidzina İvanişvilinin evinin ətrafında "Gülüş" hərəkatının gənc üzvləri ilə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında qarşıdurma baş verib. 24News.ge-nin xəbərinə görə, etirazçılar Bidzina İvanişvilinin evinə doğru sürükləyərək zibil qutusu aparmağa çalışsalarda, lakin yerində səfərbər olan patrul polislər buna imkan verməyib. Daxili İşlər Nazirliyinin (DİN) Patrul Polisi İdarəsi müdir müavini Kaxa Buxradzenin sözlərinə görə, aksiya iştirakçıları onu həyata keçirmək hüququna malikdirlər, lakin DİN onları qanunu pozmamağa və polisin qanuni tələblərinə tabe olmağa çağırır.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989