Haqqımızda Reklam
21 
Nybr
2019
18:08
7
2
624

Marneulidə həvəskar velo-yürüş baş tutub (FOTO)

İlk dəfə olaraq Marneulidə həvəskar velo-yürüş keçirilib. 24News.ge xəbər verir ki, həvəskar yürüş Marneuli Munisipalitetinin Meriyası tərəfindən, Ağməmmədli-Qasımlı-Ulaşlı kəndlərini birləşdirən, uzunluğu 4 km olan yenidən qurulmuş avtomobil yolunda "Yeni yol - Sağlam həyat tərzinin təbliği" şüarı altında təşkil edilib. Baş tutan yürüşdə yerli gənclər iştirak ediblər. Tədbirdə, Marneuli Munisipalitetinin meri - Zaur Darğallı, Kvemo Kartli qubernatoru - Şota Rexviaşvili, Marneulinin majoritar deputatları - Tamaz Naveriani və Ruslan Hacıyev, həmçinin Meriya və Sakrebulonun digər rəsmiləri iştirak ediblər. Velo-yürüşün sonunda, mərkəzi və yerli hakimiyyət nümayəndələri bu il həyata keçirilən genişmiqyaslı yol infrastrukturu layihələrini yerli əhali ilə birlikdə xülasə ediblər. Qeyd edək ki, Ağməmmədli, Qasımlı və Ulaşlı kəndlərini birləşdirən, uzunluğu 4 km olan yolun abadlaşdırılması üçün bölgədə həyata keçiriləcək layihələr fondundan 1 397 539 lari pul xərclənib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989