Haqqımızda Reklam
21 
Nybr
2019
20:29
4
2
543

Kaladze sifariş verilən yeni il atributlarını yerində yoxlamaq üçün İtaliyaya getdi

Tbilisi şəhərinin meri, Kaxa Kaladze yeni il ərəfəsində Tbilisidə quraşdırılacaq şam ağacı və bəzəkli işıqların hazırlanma prosesi ilə tanış olmaq üçün İtaliyaya yollanıb. 24News.ge xəbər verir ki, bu barədə Tbilisi şəhər Meriyası məlumat yayır. "Tbilisi meri Kaxa Kaladze İtaliyaya bu ölkənin IDO SRL kompaniyası tərəfindən Tbilisinin bəzədilməsi üçün istifadə ediləcək şam ağacı və atributların hazırlanmasının son mərhələsi ilə tanış olmaq üçün yollanıb. Komaniya IDO SRL Tbilisi şəhər meriyası tərəfindən elan edilmiş tenderi qazanıb. Tenderə Müqəddəs Giorgi monumentinin, Rustaveli prospektinin və Orbelianı meydanının, həmçinin şəhərin əsas şam ağacının qurulması daxildir"-deyə bəyanatda bildirilir. Bundan əlavə, qeyd edilir ki, Tbilisi Meriyası şam ağacını əldə etmək üçün, 995 800 lari məbləğ ödəyəcək.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989