Haqqımızda Reklam
13 
Dek
2019
11:57
1
0
311

Gürcüstanın xarici ticarəti artıb

Bu ilin yanvar-noyabr aylarında Gürcüstanın xatici ticarət dövriyyəsinin həcmi 11 mlrd. 504,1 milyon dollara bərabər olub. 24News.ge xəbər verir ki, bu barədə Milli Statistika İdarəsinin hesabatında bildirilib. Ötən ilin eyni dövrü ilə müqayisədə ölkənin xarici ticarət dövriyyəsi 1,4% artıb. Hesabat dövründə Gürcüstanın ixracı illik müqayisədə 11,7% artaraq 3 mlrd. 381,4 milyon dollar, idxalı isə 2,3% azalaraq 8 mlrd. 122,6 milyon dollar təşkil edib. İlin ilk on bir ayında ticarət kəsiri 4 mlrd. 741,2 mln. dollar olub ki, bunun da ümumi ticarət dövriyyəsindəki payı 41,2% təşkil edib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989