Haqqımızda Reklam
14 
Dek
2019
11:34
1
2
584

AŞPA-nın Gürcüstan üzrə həmməruzəçiləri: "Ali məhkəmənin hakimləri barədə qərardan narahatıq"

Avropa Şurası Parlament Asambleyasının Gürcüstan üzrə məruzəlçiləri Parlamentin Ali məhkəməyə təstiq etdiyi hakimlər barədə narahatçılıqlarını ifadə ediblər. 24News.ge xəbər verir ki, məruzəçilər Titus Korladean və Klod Kerni Gürcüstan Ali Məhkəməsinə təyin edilən hakimlərin Beynəlxalq təşkilatların, həmçinin AŞPA-nın rekomendasiyalarına uymadığını bildirib. "Sentyabr ayında mövcud vəziyyətlə bağlı qeyri-şəffaflıq mühitindən dolayı dərin narahatçılıqımızı ifadə edirik. Bununla, Gürcüstan Parlamentinin hakimlərin seçimi ilə əlaqədar əskiklərinin tamamlanması üçün tədbir görəcəyinə ümid edirik. Təstiq edilən 14 namizəddən bəzilərinin elmi bilik dərəcəsində də problemlər var. Yaranmış vəziyyətlə əlaqədar, məruzəçilər 2020-ci ilin əvvəlində Gürcüstana səfər edəcəklər",-deyə bəyanatda deyilir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989