Haqqımızda Reklam
16 
Fev
2019
11:26
0
7
680

Parlament sədri: Artıq bu mövzu qapanmışdır

Müxalifətə 2020-ci ildən proporsiyonal seçki sisteminin tətbiq edilməsini təklif etmişdik lakin onlar razılaşmamışdılar indi isə bu mövzu qapanmışdır. 24News.ge xəbər verir ki, bu sözləri parlamentin sədri İrakli Kobaxidze deyib. O, bildirib ki, müxalifətə 2020 ci ildən proporsiyonal seçki sisteminin tətbiq edilməsini təklif etdikdə etiraz etmişdilər, indi isə konstitusiya islahatları başa çatıb və bu mövzu da qapanmışdır. Bu mövzu artıq bağlanıb və islahatlar mövcud qanunvericilik əsasında aparılacaqdır. Deyə qeyd edib Kobaxidze Irakli Kobaxidze müxalifətin topladığı bir milyon nəfərin imzasına toxunaraq qeyd edib ki, konstitusiya islahatları bitəndən sonra biz bir növ referandum keçirtmişik. Ondan sonra bələdiyyə seçkiləri keçirdik. Məhz bu bələdiyyə seçkilərini müxalifət konstitusiya referendumu adlandırırdı. Həmin referendumda xalq kəskin mövqe bildirərək məhz Gürcü Arzusunu seçmişdir. Biz bələdiyyə seçkilərində möhkəm qalibiyyətə nail olduq.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989