Haqqımızda Reklam
16 
Fev
2019
12:28
6
1
2715

Gürcüstandan avtomobil alanların nəzərinə: Bir günlük gömrük qeydiyyatı dayandırılır

17 fevralda xidmət agentliyinin Rustavi filiyalı avtonəqliyyat vasitələrinin gömrük qeydiyyat xidmətini həyata keçirə bilməyəcək. 24News.ge xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyinin Xidmət Agentliyi yayıb. “Ədliyyə nazirliyinin dövlət bürosunda iş fəaliyyətinin proqram təchizatının göstərici bazası yeni servisə keçir. Bu səbəbdən müvafiq göstəricilərə giriş və müəyyən işləri həyata keçirmək qısa müddətdə mümkün olmayacaq”. - deyə xidmət agentliyinin yaydığı məlumatda qeyd olunur. Xidmət Agentliyinin bütün filiyallarında iş rejimi 18 fevralda bərpa olunacaqdır.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989