Haqqımızda Reklam
16 
Fev
2019
12:32
7
16
1617

Gürcüstan məktəblərində Çin dili tədris ediləcək

Elm,Təhsil, Mədəniyyət və İdman naziri Mixeil Batiaşhvili və Çin Xalq Respublikasının səfiri Ci Ianch - Elm,Təhsil,Mədəniyyət və İdman nazirliyi ilə Çin Xalq Respublikası arasında təhsil əməkdaşlığı memorandumu imzalayıblar. 24News.ge xəbər verir ki, memorandumun məqsədi Gürcütanda Çin dilinin təbliğ edilməsi və tədris edilməsidir. Memorandum gürcü ümumitəhsil müəssisələrində dövlət tədris planının tələbələri əsasında şagirdlərə Çin dilinin tədris edilməsini nəzərdə tutur. “İstədikləri təqdirdə gənclərə Çin dilini öyrənmək imkanı veriləcək. Bu Gürcüstanın ən iri strateji partnyoru olan Çinlə biznes münasibətlərini yaxşılaşdırmaq və birlikdə layihələrdə əməkdaşlıq etmək imkanlarını genişləndirəcək“ -deyə Elm,Təhsil,Mədəniyyət və İdman naziri Mixail Batiaşvili bildirib. Memorandumla gürcüstanda Çin dilinin öyrənilməsindən başqa Çinlə Gürcüstan arasında tələbə proqramları çərçivəsində təhsil istiqamətində müəyyən proqramlar, təcrübə paylaşımı fəaliyyətləri də həyata keçiriləcəkdir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989