Haqqımızda Reklam
16 
Fev
2019
19:58
8
10
1069

Salome Zurabişvili Prezident Administrasiyasında işçiləri kütləvi şəkildə çıxarmağa başlayır

Prezident Administrasiyasında aparılan struktur islahatları nəticəsində 61 əməkdaş işdən çıxarılır. 24News.ge xəbər verir ki, bu barədə Gürcüstan Prezidentinin mətbuat katibi Xatiya Moistsrapişvili məlumat verib. Onun sözlərinə görə, Prezident Salome Zurabişvilinin təşəbbüsü ilə əməkdaşların sayı 121 nəfərdən 60-dək azaldılacaq. Administrasiyada işdən çıxarılan əməkdaşlar başqa dövlət və hökumət orqanlarında işlə təmin olunacaqlar. Onlara təklif olunan iş yerləri ilə razılaşmayan əməkdaşlar isə 3 aylıq əmək haqlarını birdəfəlik kompensasiya şəklində alacaqlar və özlərinə iş axtaracaqlar. Qeyd edək ki, Salome Zurabişvili əvvəlki prezidentlər Mixeil Saakaşvili və Qeorqi Marqvelaşvilidən fərqli olaraq, Avlabari küçəsindəki prezident iqamətgahından imtina edərək, Atoneli küçəsindəki yığcam və az otaqları olan Orbeliani binasında fəaliyyət göstərməyi qərara alıb.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989