Haqqımızda Reklam
20 
Yan
2020
12:12
3
0
543

Gia Volski ABŞ konqresmeninin məktubu barədə danışdı - REALLIĞA UYĞUN DEYİL

"Əgər demokratik dəyərlər olmasaydı, ABŞ və Gürcüstan arasında həm siyasi, həm iqtisadi, həm də hərbi sahədə belə münasibətlər olmazdı. Gürcüstanın Amerika şirkətlərinə qarşı aqressiv olduğu hadisəni xatırlamır". 24News.ge xəbər verir ki, bu sözləri parlamentin vitse-spikeri Gia Volski ABŞ Konqresmeni Markvayne Mullin tərəfindən baş nazir Giorgi Qaxariaya yazdığı açıq məktubu şərh edərkən söyləyib. "Bu, bu qədər əsassızdır və bugünkü gürcü reallığına uyğun deyil. Əminəm ki, hətta Vahid Milli Hərəkat belə bu məktubu qərəzli olduğunu söyləyəcəkdir. Əgər demokratik dəyərlər olmasaydı, ABŞ və Gürcüstan arasında həm siyasi, həm iqtisadi, həm də hərbi sahədə belə münasibətlər olmazdı... Gürcüstanın müstəqillik qazandığı gündən bəri ABŞ-la hər sahədə yüksək səviyyəli münasibətlərimiz var",-dedi Gia Volski.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989