Haqqımızda Reklam
20 
Yan
2020
12:33
0
2
357

Arçil Talakvadze: "Bizim üçün bələdçi rəsmi Vaşinqtonun mövqeyidir"

"Bizim üçün bələdçi rəsmi Vaşinqtonun mövqeyidir, həm səfirdən, həm də ABŞ Dövlət Departamentinin yüksək vəzifəli şəxslərindən dəfələrlə eşitdiyimiz Vaşinqton hökumətinin mövqeyidir". 24News.ge-nin verdiyi xəbərə görə, bu fikirləri parlamentin sədri Arçil Talakvadze ABŞ konqresmeni tərəfindən baş nazir Giorgi Qaxariaya ünvanlanan açıq məktubu şərh edərkən jurnalistlərə müsahibəsində deyib. Amerikalı tərəfdaşların qiymətləndirməsində Gürcüstanın demokratik təsisatların möhkəmləndirilməsində, insan hüquqlarının qorunmasında dönməz irəliləyişlər əldə etdiyi və təhlükəsizlik sahəsində ABŞ-ın bölgədəki etibarlı müttəfiqlərindən biri olmasıdır. “Konkret konqresmenin bu açıqlaması Frontera şirkəti ilə bağlı mübahisə ilə bağlıdır. Dövlətin bu şirkətlə mübahisəsi olduğunu bilirsiniz. Müvafiq olaraq, bu mübahisə kontekstində bu məsələ nəzərdən keçirildiyi üçün əlavə fikir bildirməyəcəyəm. Nəticələri gözləyin. Düşünürəm ki, dövlət bu mübahisədə öz maraqlarını müdafiə edəcəkdir. ABŞ-ın mövqeyinə gəldikdə, həm səfirdən, həm də Dövlət Departamentinin yüksək vəzifəli şəxslərindən dəfələrlə eşitdiyimiz rəsmi Vaşinqton və hökumət mövqeləri bizim üçün bir bələdçi olmuşdur. Onu da deyim ki, yaxın gələcəkdə Amerikaya yüksək səviyyəli bir səfər planlaşdırırıq",-deyə A.Talakvadze bildirib. Qeyd edək ki, ABŞ-ın Respublikaçı konqresmeni Markvayne Mullin Gürcüstanın Baş naziri Giorgi Qaxariyaya açıq məktubla müraciət edib. O, məktubunda Gürcüstanın demokratik dəyərlərin dəyişməsindən və iqtisadi vəziyyətin pisləşməsindən narahat olduğunu qeyd edib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989