Haqqımızda Reklam
20 
Yan
2020
12:48
5
0
520

Fraksiya sədri ABŞ konqresmeninin məktbundan danışdı - Ölkəmiz ciddi risk daşıyır

Müxalif "Vahid Milli Hərəkat" partiyasının parlamentdəki fraksiya sədri Roman Qoçiridze ABŞ Konqresinin üzvü Markvayne Mullinin Gürcüstanın baş naziri Giorgi Qaxariaya yazdığı açıq məktubu şərh edib. 24News.ge xəbər berir ki, fraksiya sədri konqresmenin bu məktəbunun bir daha Gürcüstanın qeyri-demokratik və Rusiya meyilli yolda olduğunu sübut edir. "Bütün bunlar heç bir dövlət qurumunun işləmədiyini və bütün konstitusiya orqanlarının bir nəfər tərəfindən işğal edildiyini qeyri-demokratik, Rusiyapərəst bir istiqamətdə olan Gürcüstan hakimiyyətinin münasibətini ortaya qoyur",-deyə R.Qoçiridze vurğulayıb. Onun sözlərinə görə, Gürcüstanın Qərbdəki tərəfaşlarının dəstəyini itirməsi ölkəni böyük risklər qarşısında qoya bilər və bu tərz bəyanatlar ölkə hakimiyyətinə qarşı onların inamsızlığını ifadə edir. "Dövlət bizim Qərb tərəfdaşlarımızın dəstəyi əsasında dayanır və bu dəstəyin itirilməsi ölkəmiz üçün ciddi risk daşıyır. İvanişvili və onun partiyası hakimiyyəti əllərində saxlamaq üçün bu məsuliyyətsizliyi edirlər",- deyə R.Qociridze qeyd edib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989