Haqqımızda Reklam
20 
Yan
2020
16:29
1
1
462

ABŞ səfiri: "Gürcüstan böyük proqres əldə edib"

"Gürcüstan böyük tərəqqi əldə edib. Ancaq, indi ölkənin demokratiya yolunda önəmli bir dövrdür". 24News.ge xəbər verir ki, bu barədə ABŞ-ın Gürcüstandakı səfirinin vəzifəsini icra edən Elizabeth Rudd bildirib. E.Rudd ABŞ Konqresinin üzvü Markvayne Mullinin baş nazir Giorgi Qaxariaya ünvanladığı məktub barədə də danışıb: "Konqresmenlər ABŞ-ın qanun verici orqanının nümayəndələridirlər və bu barədə detalların onlardan soruşulması daha yaxşı olardı". "Gürcüstanın demokratiya yolunda önəmli bir dövrüdür. Avropa İttifaqının, Avropa Şurasının və Birləşmiş Ştatların dəstəyi ilə iqtidar və müxalifət arasında gedən danışıqları nəzərdə tuturam ki, razılıq əldə etsinlər və ölkənin inkişafı üçün ən yaxşı seçki modelini qəbul etsinlər. Həmçinin, xatırlatmaq istəyirəm ki, seçki islahatlarının və qanun layihələrinin qəbulu, hansılarda ki, ATƏT-in təklifləri mövcuddur, qəbulu önəmlidir. Eləcə də ölkədə istənilən axtarış prosesi və ya məhkəmə sistemi sosial təsirlərdən azad olmalıdır, çünki bu insan hüquqlarını və Gürcüstan demokratiyasını daha da inkişaf etdirəcək",-deyə E.Rudd qeyd edib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989