Haqqımızda Reklam
20 
Yan
2020
16:37
6
4
469

Kaxa Kaladze: "Konqresmenin məktubu bizim üçün maraqlı deyil"

"Konqresmenin yazdığı məktub mənim üçün maraqlı deyil. Ancaq, ABŞ-ın rəsmi mövqeyi həqiqətən də önəmlidir". 24News.ge xəbər verir ki, bunu Tbilisi meri Kaxa Kaladze ABŞ konqresmeni Markvayne Mullinin baş nazir Giorgi Qaxariaya yazdığı açıq məktubu şərh edərkən jurnalistlərə müsahibəsində söyləyib. "Məktubun məzmunundan xəbərsizəm. Ancaq, layiq olunmayan tənqidi həqiqətən də qəbul edə bilmərəm. Ölkə demokratiya baxımından inkişaf edir və görülən işləri 2012-ci ildə olan vəziyyətlə müqayisə etmək kifayətdir. Ölkə inkişaf edir və irəliyər. Bunu bizim bütün beynəlxalq tərəfdaşlarımız da söyləyirlər",-deyə K.Kaladze bildirib. Qeyd edək ki, ABŞ-ın Respublikaçı konqresmeni Markvayne Mullin Gürcüstanın Baş naziri Giorgi Qaxariyaya açıq məktubla müraciət edib. O, məktubunda Gürcüstanın demokratik dəyərlərin dəyişməsindən və iqtisadi vəziyyətin pisləşməsindən narahat olduğunu qeyd edib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989